Raqif Abbasovun 12 il həbsi tələb EDİLDİ

 12:25 21.10.2026     85

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri işləmiş Eldəniz Qulamovun 2 ilə yaxındır davam edən məhkəmə istintaqı başa çatıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Bəyan edilib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, məhkəmə istintaqı zamanı təsdiqini tapıb.

Prokuror Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinmələrini, hərəsinin 12 il azadlıqdan məhrum edilmələrini, azadlıqda olduqları üçün məhkəmə salonunda həbs olunmalarını tələb edib.

Məhkəməyə sədrlik edən hakim Eldar İsmayılov vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Onların əməlləri nəticəsində Gənclər və İdman Nazirliyinə 800 min manat ziyan vurulub. Həmin məbləğin 100 min manatı R.Abbasov tərəfindən ödənilib.

Vumart və Güvən reklamı Vumart Güvən