Məktəblərdə 5 günlük tətil olacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq.
Redaktor.az xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək.
Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-ü olacaq.












