DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya MÜNASİBƏT

 16:38 21.10.2026     80

Dövlət Sərhəd Xidməti (DSX) azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, DSX-dən modern.az-a bildirilib ki, qurumun xidməti ərazisində belə hadisə baş verməyib.

Xatırladaq ki, Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.

Vumart və Güvən reklamı Vumart Güvən