ADSEA-da yeni direktor təyinatı

 21:44 21.10.2026     173

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin  (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.

İclasda Regional Su Meliorasiya QSC-yə icraçı direktorun təyinatı gerçəkləşib.

Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki Regional Su Meliorasiya QSC - nin icraçı direktoru təyin olunub.

Onu da qeyd edək ki, Regional Su Meliorasiya Xidməti PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən