Kran suyunun rəngi və qoxusu təhlükədən xəbər verə BİLƏR

 08:48 22.10.2026     62

Kran suyunun rənginin, qoxusunun, dadının və şəffaflığının dəyişməsi su təchizatı sistemində və ya binadaxili borularda problem olduğunu göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “RMS Company”nin müştəri xidmətləri üzrə rəhbəri İvan Xoroşev lenta.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, suyun rənginin dəyişməsi diqqət yetirilməli əsas əlamətlərdən biridir. Suyun sarımtıl və ya qəhvəyi rəng alması borularda pas hissəciklərinin və çöküntülərin olması ilə əlaqəli ola bilər.

Xoroşev qeyd edib ki, belə hallar suyun verilməsi dayandırıldıqdan sonra, təmir işləri aparılarkən və ya suyun axın istiqaməti dəyişdikdə baş verə bilər. Bu zaman borularda toplanmış çöküntülər suya qarışa bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən