Qadın sərnişinə hədə-qorxu gələn sürücü SAXLANILDI
Bakı-Sumqayıt yolunda xanım sərnişinə qarşı hədə-qorxu gələn sürücü saxlanılıb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub.
Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.












