Meqa Sığorta Qrupu növbəti qanvermə aksiyasında iştirak edib - FOTO

 10:06 22.10.2026     32

Meqa Sığorta Qrupu Respublika Qan Bankı ilə birlikdə növbəti qanvermə aksiyası keçirib.

Belə ki, aksiyada Meqa Sığorta Qrupunun müxtəlif struktur bölmələrindən bir çox əməkdaş könüllü olaraq iştirak etmişdir.

Respublika Qan Bankının xüsusi tibb briqadası tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.

Meqa Sığorta Qrupuna daxil olan Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.

222
Vumart və Güvən reklamı Vumart Güvən