Naxçıvanda vəzifəli şəxs həbs EDİLDİ

 20:20 22.10.2026     123

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.

Redaktor.az xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb (APA).

Vumart və Güvən reklamı Vumart Güvən