Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Baksol yolunun, Binəqədi şosesinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazisinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.












