Milli Qəhrəman reanimasiyaya YERLƏŞDİRİLDİ

 09:13 23.10.2026     150

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyindən bildirilib.

Qeyd edilib ki, “Yeni Klinika”ya yerləşdiriləndən sonra vəziyyəti daha da ağırlaşan Milli Qəhrəman Reanimasiya şöbəsinə köçürülüb. Onun həyatı ilə bağlı yaranmış vəziyyət ailə üzvlərini dərin təşviş içində saxlayır.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Ehtiram Əliyevin vəziyyətinin ağırlığını və həyatına yaranmış təhlükəni nəzərə alaraq Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə dövlət başçısından Milli Qəhrəmanın müalicəsini nəzarətə götürmək xahiş olunub.

Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.
1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir. Bir qızı, iki oğlu var.

Vumart və Güvən reklamı Vumart Güvən