“Azəriqaz” İB-nin baş direktoru Ağcabədidə vətəndaş qəbulu keçirdi - FOTO

 14:46 23.10.2026     63

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Ağcabədi, Zərdab və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

Redaktor.az xəbər verir ki, müraciətlər əsasən yaşayış məntəqələrinin, fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin qazlaşdırılması, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, iş yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib. Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

“Azəriqaz” İB-nin baş direktoru Ağcabədidə vətəndaş qəbulu keçirib - FOTOLAR“Azəriqaz” İB-nin baş direktoru Ağcabədidə vətəndaş qəbulu keçirib - FOTOLAR

“Azəriqaz” İB-nin baş direktoru Ağcabədidə vətəndaş qəbulu keçirib - FOTOLAR“Azəriqaz” İB-nin baş direktoru Ağcabədidə vətəndaş qəbulu keçirib - FOTOLAR“Azəriqaz” İB-nin baş direktoru Ağcabədidə vətəndaş qəbulu keçirib - FOTOLAR

Vumart və Güvən reklamı Vumart Güvən