“Hazırda xəstəxanadayam, krizdən çıxmışam”
Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.
Redaktor.az-ın məlumatına görə, aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib.
O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.
N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb: “Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”.












