FHN-in qurumları arasında voleybol çempionatına yekun vuruldu

 14:19 24.10.2026     94

19-23 oktyabr 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Nazirliyin qurumları arasında voleybol üzrə çempionata yekun vurulub.

Redaktor.az xəbər verir ki, Çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 11 komandasından 110-a yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Asif Əliyev olub.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirinaçılışında çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə İdman-sağlamlıq klubunun komandası Mülki müdafiə qoşunlarının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb.

Finalda isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandası ilə. Dövlət Yanğından Mühafizə Xidmətinin komandas qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn TTNDA-nın komandası yarışın çempionu adına yiyələnib.

Çempionatın əzmkar komandasıisə MMQ-nın komandası olub.

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Elçin Orucov, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

Vumart və Güvən reklamı Vumart Güvən