Məhkəmə Aynur Elgünəşi ev dustaqlığına buraxmadı

 16:56 26.10.2026     77

“Jurnalist Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir”.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır.

“Bildirilir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimi təmin etmədi”, - E.Sadıqov qeyd edib.

Qeyd edək ki, Aynur Elgünəş digərləri ilə birgə “Meydan TV” işi üzrə 2024-cü ilin dekabrında həbs edilib. Hazırda məhkəmə işi davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən