Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 22:15 26.10.2026     112

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.

Redaktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan ərazilərdə diqqətli olmaları xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən