Prezidentin vəzifəyə təyin etdiyi yeni rəis KİMDİR? - DOSYE
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Redaktor.az Sahib Cəlil oğlu Rzayevin dosyesini təqdim edir:
Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub.
O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2011-ci ildə isə həmin universitetdə beynəlxalq hüquq üzrə fərqlənmə ilə əlavə təhsil alıb.
Karyerasına daxili işlər orqanlarında başlayan S.Rzayev 2006-cı ilədək müstəntiq işləyib. Düz 17 il – 2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini olan Sahib Rzayev, 23 iyul 2025-ci il tarixində ədliyyə naziri Fərid Əhmədovun əmri ilə həmin idarənin rəisi vəzifəsinə gətirilmişdi.
Aminə ŞAHSUVARQIZI












