Göyçaylı tiktoker qeyri-etik davranışlarına görə 500 manat CƏRİMƏLƏNDİ

 20:56 29.10.2026     187

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir "TikTok" istifadəçisi həbs edilib.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova "TikTok" platformasında qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə, o cümlədən əxlaqsız ifadələrin səsləndirilməsinə, uyğun olmayan jestlərə və insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi) maddəsi ilə protokol tərtib edilərək iş aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Fidan Hümbətova 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində qeyri-etik yayımlarla bağlı araşdırmalar Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Daha əvvəl İsa Niyazəli oğlu Quliyev "TikTok"da "İsican" adlı hesabında, Məhəmməd Hüseyn oğlu Nəsibov "7_muxammed_7" adlı hesabında, 25 yaşlı Melisa Əhmədova (şərti ad) isə "melisa__591" adlı hesabında paylaşdığı yayımlara görə inzibati qaydada həbs ediliblər.

Vumart və Güvən reklamı Vumart Güvən