Vüqar Əhmədov Mikayıl Cabbarovun müşaviri OLDU

 11:10 30.10.2026     239

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

Qeyd edək ki, Vüqar Əhmədov bu il avqustun 28-də öz ərizəsi ilə Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb.

Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda çalışıb. Müxtəlif illərdə qurumun Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013–2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru olub. O, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən