Leyla Əliyeva ənənəvi Payız festivalında - FOTO

 19:30 30.10.2026     84

ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdlərinin hazırladıqları musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhvali-ruhiyyəsi qatıb.

Redaktor.az xəbər verir ki, tədbir çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgi-satışı təşkil olunub. Sərgi-satışdan əldə edilən vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanmış 27 min 309 manat vəsait hesabına beş sosial layihə – “Zəfər Teatrı”, “Hekayələr”, “Qızlar evi”, “Qonşuluq (Şəhərsalma)” və “Qala Cəmiyyəti” uğurla reallaşdırılıb. Əməkdaşlıq, yaradıcılıq, empatiya, psixoloji rifah və peşəyönümlü bacarıqların inkişafını əhatə edən bu layihələrdən ümumilikdə 600 nəfər faydalanıb. Festivalın əsas və daimi tərəfdaşı olan “Veysəloğlu” Şirkətlər Qrupu və ona daxil olan bizneslər – “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” və “OBA” marketlər şəbəkələri, “Xonça”, “Veysəloğlu-Rossmann”, “Decoliv”, “O to Go” və “Entree” tədbirə yaxından dəstək göstəriblər.

Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, eləcə də qeyri-qida malları satışa çıxarılıb.

Tədbirin təşkilati dəstəkçiləri sırasında “Azərpambıq”, “Təmiz Şəhər”, “AZ Projects GROUP” və “Liv Bona Dea Hospital” yer alıb.

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən