Azərbaycan səfiri beynəlxalq tədbirdə çıxış etdi - FOTO
Mərkəzi Asiya Beynəlxalq İnstitutunda (MABİ) “Mərkəzi Asiya və Azərbaycan: etimad və əməkdaşlığa əsaslanan yeni siyasi mühit” mövzusunda beynəlxalq ekspert-diplomatik dialoq keçirilib. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak ediblər.
Redaktor.az xəbər verir ki, sözügedən tədbirə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov da qatılaraq çıxış edib.
Müzakirələr zamanı region ölkələri arasında siyasi dialoqun genişləndirilməsi, ortaq maraqların uzlaşdırılması və çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərinə diqqət yetirilib.

















