"Hürrem sultan" Azərbaycana GƏLİR

 11:46 31.10.2026     148

"Muhteşem yüz yıl” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək.

Redaktor.az  xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək. Tədbir noyabrın 4-nə planlaşdırılıb.

Rejissor Özcan Alperin ekran işində iki insanın şəxsi itkilərlə mübarizəsindən bəhs olunur. Hadisələr Türkiyənin Gökçeada adasında cərəyan edir.

Filmdə Halit Ergenç də rol alıb. Üzerli və Halit 15 ildən sonra yenidən eyni ekran işində tərəf müqabili olublar.

Vumart və Güvən reklamı Vumart Güvən