Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

 17:25 31.10.2026     184

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq.

Redaktor.az xəbər verir ki, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır.

Bundan başqa, cihazların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməli, yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyaları yaranmamalıdır.

Tüstü bacasına qoşulan qurğularda yanma məhsullarının otağa təsadüfən buraxılmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq yarandıqda isə odluğa qaz verilişi dayandırılmalıdır.

Reqlament qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər avadanlıqlara şamil edilir.

Tələblər noyabrın 6-dan qüvvəyə minəcək./oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən