Azərbaycanda professor vəfat ETDİ

 14:31 01.11.2026     160

Kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, alimin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, Ağalıkənd kənd orta məktəbini bitirib.

Elmi fəaliyyətini kimya sahəsinə həsr edən Müslüm Qurbanov 2013-cü ildə "Nüvə kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb.

Alimin elmi rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb. O, nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifidir (oxu.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən