Sabah 3 marşrutun hərəkət sxemi DƏYİŞƏCƏK

 19:13 02.11.2026     150

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. 

Redaktor.az AYNA-dan verilən məlumata istinadən xəbər verir ki, məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. 

Dəyişikliyə əsasən,

- 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları; 

- 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası - Hövsan bağları;

- 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.

Vumart və Güvən reklamı Vumart Güvən