Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinin açılışı oldu - FOTO

 10:07 03.11.2026     82

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi, Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Xankəndi və Qarabağda fəaliyyət göstərən dövlət orqanları və təşkilatlarının komandaları iştirak edir.

Açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

O, azad Qarabağda, xüsusilə Xankəndidə idman tədbirlərinin keçirilməsinin böyük qürur doğurduğunu bildirib. Qeyd edib ki, bölgədə həyata keçirilən tikinti-quruculuq və bərpa işləri ilə yanaşı, idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və idman yarışlarının təşkili istiqamətində də mühüm addımlar atılır.

Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis müavini Hikmət Ələkbərli isə çıxışında idmanın gənclərin fiziki inkişafında, sağlam həyat tərzinin formalaşmasında və kollektiv ruhun möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, belə turnirlərin dövlət qurumları və təşkilatları arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb. Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İdarəsinin rəisi Müşviq Adıgözəlov da  çıxış edərək Xankəndidə idman yarışlarının təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, turnirin iştirakçılar arasında dostluq münasibətlərinin və sağlam rəqabətin inkişafına töhfə verəcəyini vurğulayıb.

Turnirin keçirilməsində məqsəd dövlət qurumları və təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsi, idmanın təşviqi, sağlam həyat tərzinin və komanda ruhunun inkişaf etdirilməsidir. Mini futbol turniri çərçivəsində komandalar arasında qarşılaşmalar keçirilib. Xankəndi BTİX Qarabağ SMSİİ qarşılaşması 2-2 hesabı ilə bitib.

Qeyd edək ki, Zəfər gününə həsr olunmuş  mini futbol turniri noyabrın 16-dək davam edəcək.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən