"Yanacaqdoldurma stansiyalarının operatoru" istiqaməti üzrə peşə hazırlığı kursuna start verildi
“İnsan Resurslarının İdarə Olunması” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə işaxtaran və işsiz şəxslərdən seçilmiş 19 müdavimin iştirakıyla peşə hazırlığı kursuna başlanılmışdır.
Redaktor.az xəbər verir ki, "Yanacaqdoldurma stansiyalarının operatoru" istiqaməti üzrə peşə hazırlığı kursu 10 gün, 66 saat həcmində tədris planına əsasən peşə hazırlığının nəzəri hissəsi əyani, praktiki hissəsi isə istehsalat təcrübəsi formatında təşkil ediləcək.
Kursu uğurla başa vurmuş müdavimlərim işlə təmin edilməsi üçün işəgötürənlərlə razılıqlar əldə edilmişdir.













