Rüfət Seyidov AzTV-dən AYRILDI

 15:27 03.11.2026     124

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişikliyi baş verib. Şirkətin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Seyidov tutduğu vəzifədən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rüfət Seyidov öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, paylaşımında bu sözləri qeyd edib: "AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm".

 

Vumart və Güvən reklamı Vumart Güvən