DTX-nin həbs etdiyi icra başçısının qızına yüksək vəzifə VERİLDİ

 10:44 04.11.2026     191

Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.

Redaktor.az gununsesi.info-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.

Qeyd edək ki, İslam Rzayev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və barəsində cinayət işi başlanıb. 

Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən