"Seçdiyimiz peşə şərəfli olduğundan çətinlikləri hiss etmirik" - ADY əməkdaşı - VİDEO
ADY-nin Biləcəri lokomotiv deposunun əməkdaşı Ramin Həsənov lokomotivlərin texniki sazlığının təmin olunması və təhlükəsiz istismara hazırlanması prosesində iştirak edir.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sosial şəbəkə hesabında paylaşım edib.
Ramin Həsənov elektron qurğular və yüksək gərginlikli avadanlıqlar üzrə mütəxəssis kimi fəaliyyət göstərdiyini bildirib.
“İşimizi sevirik. Seçdiyimiz peşə şərəfli olduğundan çətinlikləri hiss etmirik”, - deyə o qeyd edib.
ADY-nin paylaşımında vurğulanıb ki, Ramin Həsənov bütün işlərin öhdəsindən gəlmək gücünü əsl ailə və komanda ruhundan alır.
















