Humanitar Kollecdə baş verən insidentlə bağlı AÇIQLAMA
"Noyabrın 2-də Humanitar Kollecin tələbələri arasında dərsdənkənar vaxtda insident baş verib".
Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq kollecdən məlumat verilib.
Bildirilib ki, hadisənin başvermə şəraiti və təfərrüatları ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:
"Xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib, hazırda səhhətinin qənaətbəxş olduğu bildirilib. Hadisənin təfərrüatları ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləməyi və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyi xahiş edirik", – deyə kollecin məlumatında qeyd olunur.













