Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin EDİLDİ

 14:46 05.11.2026     18

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.

Bu barədə Redaktor.az-a ADY-dən məlumat verilib.

8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri saytdan, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

ADY: Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Vumart və Güvən reklamı Vumart Güvən