Bayram günlərində bağlamalar gecikəcək? - Gömrükdən AÇIQLAMA
Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada fəaliyyət göstərəcək.
Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a komitədən məlumat verilib.
Bildirilib ki, qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsinin operativ şəkildə təmin edilməsi məqsədilə Komitənin aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada işləyəcək.













