Paytaxtın bəzi əraziləri işıqsız qalacaq - Xəbərdarlıq

 23:23 05.11.2026     140

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu Əli Vəliyəv 16 ünvanında saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən