Azərbaycanın bu ərazisinə 15 santimetr qar yağdı - FOTO

 09:33 06.11.2026     203

Ötən gün axşam saatlarından başlayaraq Şimal bölgəsində hava şəraiti kəskin dəyişib, dağlıq ərazilərə qar yağıb.

Redaktor.az xəbər verir ki, qar əsasən Quba, Qusar və Xızı rayonlarının dağlıq kəndlərində qeydə alınıb.

Xınalıq kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, səhər saatlarında kənddə qar örtüyünün qalınlığı 15 santimetrə çatıb.

Qar yağması ilə əlaqədar bölgənin dağlıq ərazilərində havanın temperaturu aşağı düşərək mənfi göstəricilərə enib (AZƏRTAC).

2222
Vumart və Güvən reklamı Vumart Güvən