Bakıda svetoforlarda yarananan problemlə bağlı RƏSMİ AÇIQLAMA

 11:51 06.11.2026     152

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib.

Mərkəzdən Redaktor.az-a verilən məlumatda bildirilib ki, Bakı şəhərində yerləşən svetoforlar NİİM tərəfindən idarə olunur. Paytaxt üzrə yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem yarandıqda qeydə alınır, yol polisinə məlumat verilir və nasazlığın aradan qaldırılması məqsədilə texniki əməkdaşlar əraziyə yönləndirilir.

"Lakin kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda nasazlıq yarandıqda, onu dərhal aşkar etmək mümkün olmur.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində fəaliyyət göstərən +994 (012) 590 86 02 telefon nömrəsinə məlumat versinlər", - NİİM-dən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən