Polad Həşimovun anasının son durumu AÇIQLANDI

 19:30 07.11.2026     111

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son durumu açıqlanıb.  

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, 1949-cu il təvəllüdlü şəxs (qadın) 27.10.2026-cı il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub. Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb. 

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. 

Vəziyyəti stabil qiymətləndirilir (bakıvaxtı.az).

Vumart və Güvən reklamı Vumart Güvən