Modern Hospital Zəfər Gününü dərin ehtiram və qürur hissi ilə qeyd edir - VİDEO
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığını, birliyini, sarsılmaz iradəsini və Vətən sevgisini təcəssüm etdirən əlamətdar tarixdir.
Modern Hospital kollektivi bu möhtəşəm gün münasibətilə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sonsuz minnətdarlığını bildirir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik tariximizə qızıl hərflərlə yazılıb. 8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli ruhun, əzmin və Vətənə bağlılığın təntənəsidir.
Modern Hospital kollektivi olaraq inanırıq ki, sağlam və güclü gələcəyin təməlində milli dəyərlərimizə, tariximizə və qəhrəmanlarımızın xatirəsinə hörmət dayanır.
Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, dövlətimizə davamlı inkişaf, Vətənimizə əbədi sülh və firavanlıq arzulayırıq.
Zəfərimiz əbədi, bayrağımız daim uca olsun!
Qarabağ Azərbaycandır!













