ADY kollektivi Zəfər abidəsini ziyarət etdi - FOTO
Azərbaycan Dəmir Yollarının kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib.
Redaktor.az xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca olsun!














