Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO
Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılır.
Redaktor.az xəbər verir ki, İstanbulun məşhur körpüsü də Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.















