COP31 prezidenti Azərbaycanın iqlim prosesinə töhfəsini yüksək qiymətləndirdi

 15:21 10.11.2026     84

COP31 prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni və əldə olunan təcrübənin ötürülməsindəki rolunu qeyd edib.

Redaktor.az xəbər verir ki, Murat Kurum bu barədə Antalyada COP31 çərçivəsində keçirilən “Keçmiş COP sədrlərinin birgə bəyanatı” tədbirində çıxışı zamanı bildirib.

O, COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə təşəkkür edərək, Azərbaycanın sədrliyi dövründə əldə olunan bilik və təcrübənin COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliyinə ötürülməsini xüsusi vurğulayıb.

Murat Kurum Türkiyə və Azərbaycanın qardaş ölkələr kimi iqlim məsələlərində birgə fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən