Deputat onların maaşının artırılmasını TƏKLİF ETDİ
"Korrupsiyaya qarşı effektiv mübarizəni təmin etmək üçün biz ilk növbədə hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində, ədliyyə sistemində çalışanların əməkhaqqısını artırmalıyıq. Əlbəttə, dövlət qulluqçularının əməkhaqqısı artırıldı və bu, müsbət addım kimi qiymətləndirilməlidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Qüdrət Həsənquliyev deyib.
"Hazırda hakimlərin bir çoxu öz maaşının bir hissəsini texniki işçilərə, köməkçilərə verirlər. Hakimlərin də əməkhaqqının artırılmasına ehtiyac var. Polis əməkdaşlarının, ədliyyə işçilərinin, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının, yəni, dövlət qulluqçusu olmayan kateqoriyadan olan şəxslərin əməkhaqlarını artırmaq lazımdır. Məsələn, ali təhsilli polis zabiti 700-800 manat maaş alır. Bu, indiki xərclər və indiki xidmətlərin artımı qarşılığında çox azdır".













