"Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür" - Deputat nazirə müraciət ETDİ

 12:58 11.11.2026     71

"Regionlarda indi kadr islahatı aparılır. Təbii ki, müəyyən yerlərdə ixtisarlar gedir, şişirdilmiş rəqəmlər var, bəllidir. Ayrı-ayrı nazirliklərdə, strukturlarda o ixtisarlar həyata keçirilir. O cümlədən regionlarda icra hakimiyyətləri və yerli icra nümayəndəliklərini qeyd etmək istərdim. Yerli icra nümayəndəliklərində dörd nəfər işləyir. Onun da ikisi ixtisara gedir. Bir kənd təxminən iki nəfərin ixtiyarındadır qalır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında parlamentin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

"Həkimlərdən müraciət edirlər ki, poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür. Ya iş təcrübəsi azdır, ya dediyim kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşür. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır. Bir də Sahil müəllim, bu bələdiyyələr bilirsiniz ki, axırıncı seçkidə birləşib və bunların sosial müdafiəyə 9 min borcu var. Beş-altı bələdiyyə birləşib. O birisilər ləğv olunub, orada işləyənlər də yoxdur. Sosial müdafiədə tələb eləyir, ona görə bankda bunlar hesab aça bilmirlər. Müəyyən bələdiyyələrin bank hesabları dondurulur və orda vəsait dövriyyəsi bank vasitəsilə həyata keçirməyə imkan verilmir".

Vumart və Güvən reklamı Vumart Güvən