Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - VİDEO

 16:28 11.11.2026     41

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı bloger instaqram hesabında paylaşıb. 

Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı ona milliyəti barədə sual verilib.

R.Şükürov bildirib ki, azərbaycanlı olduğunu dedikdən sonra bir neçə saat ərzində sorğu-sual olunub və ona nə işlə məşğul olması, valideynlərinin şəxsiyyəti və harada yaşamaları barədə suallar verilib. 

Qeyd olunub ki, ilk olaraq sərhədçilər onun ölkəyə girişinə razı olsalar da, daha sonradan xüsusi xidmət orqanlarının onun ölkəyə girişinə icazə vermədiyi deyilib. Bununla belə, o, erməni sərhədçilərin onunla xoş rəftar etdiyini vurğulayıb.

Blogerin məqsədi Gürcüstandan Ermənistana, oradan isə İrana getmək olub.

Vumart və Güvən reklamı Vumart Güvən