“Amay”da milyonluq əmlaklar satışa ÇIXARILDI

 17:26 11.11.2026     32

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (8 noyabr) 23 nömrəli binada yerləşən qeyri-yaşayış sahələri hərraca çıxarılıb.

Redaktor.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən ofislər “Amay” ticarət mərkəzinin 7-ci mərtəbəsində yerləşir.

9 ədəd ofisin ilkin satış qiymətləri müvafiq olaraq 80 min-300 min manat aralığındadır və cəmi dəyəri 1 mln 241 min 164 manat təşkil edir.

Qeyd edək ki, “Amay” Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra ticarət mərkəzində yerləşən çoxsaylı ofislər və qeyri-yaşayış sahələri rəsmi olaraq Azərbaycan Mərkəzi Bankının balansına verilib.

Belə ki, sözügedən əmlaklar vaxtilə mərkəzin sahibi ilə bağlı yaranmış borc öhdəlikləri və ləğv edilmiş bankların (“Birlikbank” və s.) girov aktivləri çərçivəsində Mərkəzi Bankın mülkiyyətinə keçib.

Vumart və Güvən reklamı Vumart Güvən