Bakı Limanında konteyner aşırmaları 31 faiz artaraq rekord həddə çatıb
Bakı Limanında 2026-cı ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə ən yüksək göstərici qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, hesabat dövründə limanda 112 min 414 TEU konteyner aşırılıb ki, bu da 2025-ci ilin eyni dövrü (86 min 60 TEU) ilə müqayisədə 31% artım deməkdir.
Eyni zamanda, 10 aylıq dövrdə Bakı Limanında aşırılmış ümumi yük həcmi 3%, quru yük həcmi isə 60% artıb.














