Səfirimiz Özbəkistanın Ombudsmanı ilə müzakirələr apardı

 17:58 11.11.2026     46

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Özbəkistan Respublikası Oliy Məclisinin İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Feruza Eşmatova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, görüş zamanı milli-mənəvi dəyərlərin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də bu dəyərlərin cəmiyyətin inkişafındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.

Səfir qeyd edib ki, söhbət zamanı milli-mənəvi dəyərlərin Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb.

Vumart və Güvən reklamı Vumart Güvən