Özbəkistanda “Qərbi Azərbaycan: yaddaşımızda yaşayan yurd yerləri” kitabının təqdimatı keçirilib - FOTO
Özbəkistanın paytaxtı Daşkənddə filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: yaddaşımızda yaşayan yurd yerləri” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, təqdimat mərasimi Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində təşkil olunub.
Səfir Rəşad Məmmədov mərasimdə iştirak etdiyini qeyd edərək kitabın Qərbi Azərbaycanın tarixi və mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.





















