Kəmaləddin Heydərov Polşa səfirliyinə getdi – başsağlığı verdi

 18:56 11.11.2026     46

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Kəmaləddin Heydərov noyabrın 11-də Polşa Respublikasının Bakıdakı Səfirliyində olub.

Bu barədə Redaktor.az-a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazir Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşərək Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir Kəmaləddin Heydərov, Səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.

22
Vumart və Güvən reklamı Vumart Güvən