Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - YENİLƏNİB

 13:56 12.11.2026     179

General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib. 

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.

Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

*** 

Xəbər verdiyimiz kimi, general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, general qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən