DİM-in imtahan hesabatında 36 minlik fərq: Hesablama Palatası üzə çıxardı
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarla bağlı təqdim olunan hesabatda iştirakçıların sayı üzrə uyğunsuzluq müəyyənləşdirilib.
Redaktor.az Hesablama Palatasına istinadən xəbər verir ki, imtahan iştirakçılarının ümumi sayı 435 min 999 nəfər göstərilib. Lakin ayrı-ayrı göstəricilərdə təqdim olunmuş rəqəmlərin cəmi 399 min 175 nəfər təşkil edib.
Beləliklə, ümumi sayla ayrı-ayrı göstəricilərin cəmi arasında 36 min 824 nəfər və ya 9.2% fərq yaranıb.
Palata bunu təhsil proqramları üzrə təqdim edilmiş məlumatlar arasında müəyyən olunan uyğunsuzluqlardan biri kimi qeyd edib (oxu.az).













